Bütün xəbərlər
Əflatun Amaşov oğlunun ad gününü belə təbrik etdi
Tarix: 31-08-2019 13:12 | Bölmə: Sosial

"Ailən, nəslin, xalqın üçün layiqli övlad böyütmək-bu qürur hissini hamıya arzulayıram"-ƏFLATUN AMAŞOV
Təbiətən elə yaranmışam ki, hamıya yaxşılıq arzulamışam, kiminsə əlindən tutub dərdinə həyan olanda, onu cüzi də olsa ovuda biləndə özümü dünyanın xoşbəxti sanmışam. Məncə, həyatın da mənası elə budur. İnsan xoşbəxtliyi üçün nələr lazımdır ki? Bir də ailən, nəslin, xalqın üçün layiqli övlad böyütmək. Bu qürur hissini də hamıya arzulayıram. Onu mənə yaşatdığına görə Orxan Amaşova təşəkkürümü bildirirəm, sadəcə olaraq ad günün mübarək deyirəm. Sözlərimin qalanı isə aşağıda sizlərə təqdim etdiyim hissədədir.
 Sabaha-inamla.Az xəbər portalı da bu təbrikə qoşulur. Allah bütün övladları qorusun.Valideynləri də başlarının üstündən əskik eləməsin!                                 

                                 


Baxış sayı: 693


Bölməyə aid digər xəbərlər