Bütün xəbərlər
Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş mini-futbоl yarışı keçirildi
Tarix: 29-08-2019 18:50 | Bölmə: Sosial


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Mehdi Hüseynzadə adına şəhər stadionunun süni ot örtüklü futbol meydançasında şəhərin 70 illik yubileyinə həsr edilmiş müxtəlif sahələri təmsil edən gənc könüllülər arasındamini-futbоl yarışı təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, ölkəmizdə və şəhərimizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Qeyd olundu ki, məqsəd gənclərinhərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarının möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili və həmçinin fiziki potensialının üzə çıxarılmasıdır.
Yarışda müxtəlif sahələri təmsil edən gənclər təşkilatları qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I II və III yerlərə müvafiq olaraqQızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin I-II və Gənclər Klubunun “Zirvə” komandasılayiq görülmüşdür.
Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilmişdir.
Sabaha-inamla.Az





Baxış sayı: 660


Bölməyə aid digər xəbərlər