Bütün xəbərlər
Sumqayıtda kənd təsərrüfatı məhsullarının satışı mərkəzi yaradılır - FOTOLAR
Tarix: 16-08-2019 03:27 | Bölmə: Sosial



Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə kənd təsərrüfatı məhsullarının satışı mərkəzinin yaradılmasına başlanılıb.
Yaxın zamanlarda Sumqayıt şəhər 53-cü məhəllə ərazisində kənd təsərrüfatı məhsullarının satışı mərkəzi istifadəyə veriləcək. Hazırda mərkəzin tikintisi davam etdirilir. Burada satıcıların öz mallarını rahat təqdim etməsi və alıcıların daha rahat hərəkəti üçün lazımı şərait yaradılır. 
2 hektar ərazidə yaradılacaq mərkəzdə ətraf rayonlardan olan 700 sahibkarın öz kənd təsərrüfatı məhsullarını satışa çıxartmaq imkanı əldə edəcək.
Sumqayitxeber.com


Baxış sayı: 645


Bölməyə aid digər xəbərlər