Bütün xəbərlər
Minlərlə insanın həyat yoluna işıq saçan mayak -ƏMRAH DADAŞOV-80-TƏBRİK EDİRİK!
Tarix: 01-07-2019 01:00 | Bölmə: Sosial
Tarixin bütün dövrlərində müəllim cəmiyyətdə əsas sima sayılıb.Təsadüfi deyil ki ,müəllim ömrünü şama bənzədirlər.Öz ömründən başqalarının ömür yoluna ziya saçan bir şama. Bəzən onu mayaka bənzədirlər. Təhsialanlara düz yol göstərən ,onları görünməyən təhlükələrdən qoruyan bir mayaka. Bəzən bir bağbana bənzədirlər onu.Müasir dövrümüzdə müəllim adı ,müəllim nüfuzu daima uca tutulub.Ulu Öndər Heydər Əliyev demişdir: " Mən dünyada müəllim adından yüksək bir ad tanımıram".
Müəllim adı şərəfli addır. Həyatda heç vaxt bizə dərs deyən müəllimləri,yol göstərən müəllimləri unutmuruq,daima onları xoş xatirələrlə xatırlayırıq. Bu gün dostlarımdan eşitdim ki ,Əmrah Dadaşovun bu günlərdə 80 yaşı tamam olur. Əmrah Dadaşov uzun illər bu il 100 illiyi qeyd ediləcək Bakı Dövlət Universitetinin tarix fakültəsində işləyib, hazırda fakültənin qiyabi şöbəsinin dekan müavinidir.Olduqca sadə,təvazökar,xeyirxah bir insandır. Tələbələrinin sevimlisidir. Sabaha inamla .az saytı adından Əmrah Dadaşovu təbrik edir,ona möhkəm cansağlığı, və gənc nəslin vətənpərvər,savadlı tərbiyə olunmasında uğurlar arzu edirik.
Gülnaz Abdullayeva AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutunun doktorantı,əməkdar müəllim











Baxış sayı: 843


Bölməyə aid digər xəbərlər