Bütün xəbərlər
“Vətənpərvərlik Etüdləri - Lənkəran Mənzərələri”
Tarix: 26-06-2019 11:22 | Bölmə: Sosial

23 İyunda YAP-ın Yasamal Rayon təşkilatı, Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran rayonundan Milli Məclisin Deputatı cənab Rüfət Quliyevin dəstəyi ilə Ulu Öndərimiz Heydər Əliyevin 96-cı il dönümünə həsr olunmuş. “Vətənpərvərlik Etüdləri” Lənkəranda baş tutdu. Azərbaycan Rəssamlar İttifaqının üzvləri Layihə və Etüd rəhbəri Elnurə və təşkilatçı Aygün İsgəndərovaların saytımıza verdikləri məlumata əsasən “Vətənpərvərlik Etüdləri” bir ilk olmaqla yanaşı artıq iki ildir həyata keçirtdiklərini və bununla bölgələrimizi daha yaxından tanımaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır. İlk öncə etüd iştirakçıları Lənkəran Şəhərində Ulu Öndərimizin əziz xatirəsinə ucaldılmış abidəsini zayarət etdilər və Heydər Əliyev Mərkəzi ilə tanış olduqdan sonra, Tarix Diyarşünaslıq Muzeyində Lənkəranın tarixi, görkəmli şəxsiyyətləri haqqında və Lənkəranın sosial-iqdisadi, mədəni inkişafı haqqında geniş məlumat verildi. Daha sonra etüdün həyata keçirilməsi üçün əvəzolunmaz sərvətimiz olan çay plantasiyalarında və Xanbulançay ətrafında rəssamlar bir-birindən gözəl əsərlər yaratdılar. Dilbər güşələrimizdən olan Lənkəranımızın özünəməxsus mətbəxi hər zaman fərqliliyi ilə seçilən Boranı restoranında yüksək səviyyədə qonaqpərvərliklə etüd iştirakçılarına təqdim edildi. Xatırladaq ki, təşkilatçı Aygün İsgəndərovanın bildirdiyinə görə Ulu Öndərimiz Heydər Əliyevin 96-cı il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” il boyu davam edəcək və sonda YAP-ın Yasamal Rayon Təşkilatında sərgilənəcək.
Aygün Oqtay
Fotolar Vüsalə Yunusovanındır





Baxış sayı: 869


Bölməyə aid digər xəbərlər