Bütün xəbərlər
Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli dilçi-türkoloq, ictimai xadim Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi
Tarix: 08-06-2019 01:56 | Bölmə: Sosial

Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli dilçi-türkoloq, ictimai xadim, AMEA-nın və bir sıra xarici ölkələrin Elmlər Akademiyalarının üzvü, müasir Azərbaycan əlifbasının və onomastika məktəbinin yaradıcısı Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Konfransda Türkiyə, Rusiya, Tatarıstan, Başqırdıstan, Türkmənistan, Bolqarıstan, Latviya, Gürcüstan, Serbiya və digər ölkələrin tanınmış elm və təhsil adamları, o cümlədən Azərbaycan Respublikası TN-nin, AMEA-nın və müxtəlif ali məktəblərin yüksək səviyyəli nümayəndələri iştirak edirdilər. Plenar iclasdan sonra konfrans 4 bölmədə fəaliyyətini davam etdirdi. Sonda iştirakçılara sertifikatlar təqdim olundu.
Sabaha-inamla.Az









Baxış sayı: 893


Bölməyə aid digər xəbərlər