Bütün xəbərlər
Azərbaycanda çap məhsulları, kitab və jurnalların idxalının ƏDV-dən azad edilməsi təklif olunur
Tarix: 12-02-2019 20:58 | Bölmə: Sosial

                            


Azərbaycanda çap məhsulları, kitab və jurnalların idxalının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif olunur.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.
O qeyd edib ki, Azərbaycanda kitabların, əsasən də kənardan gətirilənlərin qiyməti çox bahadır:
“Məlumatlara görə, hazırda ölkəyə il ərzində 200 minə yaxın kitab gətirilir. Qiymətlərə gəldikdə isə kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Həmçinin satış zamanı gəlir əldə etmək üçün təqribən 20 faiz də əlavə olunur. Bundan başqa, satış mərkəzləri müvafiq dövlət qurumlarına hesabat verərkən yenidən 18 faiz vergi ödəməli olurlar. Bunlar ümumilikdə 63 faiz edir. Bundan sonra təsəvvür edin ki, oxucu kitabı əldə etmək üçün nə qədər pul xərcləməlidir”.
Ə.Amaşov vurğulayıb ki, bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır: “Bütün çap məhsulları, kitab və jurnalların idxalının ƏDV-dən azad edilməsini təklif edirəm”.


Baxış sayı: 499


Bölməyə aid digər xəbərlər