Bütün xəbərlər
Kodlamalarda seçilən və fəallıq göstərən 142 nömrəli məktəbin şagirdləri ADA universitetinin hədiyyələri ilə mükafatlandırıldılar
Tarix: 11-12-2019 22:36 | Bölmə: Sosial
                  
"Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi" layihəsi üzrə BŞTİ tərəfindən 142 nömrəli məktəbə təyin olunmuş kuratorlar İlahə Həmidova və  Aynurə Alıyevanın təşkilatçılığı ilə sözügedən məktəbin 10a, 10b sinif şagirdləri ADA Universitetində Proqramlaşdırmaya yönələn təlimdə iştirak etdilər. Şagirdlər "Code org" ilə kodlamalar etdilər. Kodlamalarda seçilən və fəallıq göstərən 142 nömrəli məktəbin şagirdləri ADA universitetinin hədiyyələri ilə mükafatlandırıldılar. Təlim şagirdlər üçün əsil motivasiya oldu. Şagirdlər Universitetdən xoş təəssüratlarla məktəbə gələrək artıq kodlama ilə bağlı şagirdlərarası yarış planlaması etməyi belə düşünürlər.
Sabaha-inamla.Az







Baxış sayı: 727


Bölməyə aid digər xəbərlər