Bütün xəbərlər
Suqra Məmmədova:"Ən çox rast gəlinən xəstəliklər, mədə - bağırsaq pozğunluqları və kəskin respirator virus infeksiyalarıdır"
Tarix: 29-11-2019 01:15 | Bölmə: Sosial

"Fiziki inkişaf üçün uşaqların normal qidalanması,təmiz havada lazımi qədər olması və xəstəliklərdən qorunması çox əhəmiyyətlidir" 

Dəyərli oxucular,bildiyimiz kimi uşaqlar bizim gələcəyimizdir və gələcəyimizin parlaq olması üçün sağlam uşaqlar böyütməliyik.Çünki sağlam övlad,sağlam gələcək deməkdir.
Bildiyimiz kimi uşaqların sağlamlığı ilə məşğul olan,belə dəyərli peşə sahibləri pediatrlardır.
Pediatriya 19-ci əsrin Ortasında ortaya çıxmış nisbətən yeni bir elm sahəsidir,yunan dilindən tərcümədə paidos – uşaq, treia – müalicə deməkdir.
Bəs danışa bilməyən gözəl varlıqların hər hansı bir problemini pediatrlarımız necə bilirlər?Körpəni sağlam böyütmək,xəstəliklərdən qorumaq çətindir?Bizim bu və ya digər suallarımıza cavab verəcək şəxs həkim Suqra Məmmədovadır.
-Salam  Suqra xanım, sizcə əsl pediatr necə biri olmalıdır?
-Salam,əsl pediatr ilk növbədə savadlı,mehriban,qayğıkeş olmalı , ona ehtiyacı olan hər bir uşağı öz ailəsindən biri kimi saymalıdır.
-Sağlam övlad böyütmək üçün valideynlər nələrə fikir verməli və nələrdən qaçmalıdırlar?
Sağlam övlad böyütmək üçün valideynlər düzgün həyat tərzinə əməl etməli , onların fiziki və psixi inkişafının normal və yaşa uyğun olmasına diqqət yetirməlidirlər. Fiziki inkişaf üçün uşaqların normal qidalanması,təmiz havada lazımi qədər olması və xəstəliklərdən qorunması çox əhəmiyyətlidir . Psixi inkişafın yaşa uyğun olmasında isə ailədə valideynlərin bir-birinə və övladlarına qarşı münasibətləri,bağçada və məktəbdə isə tərbiyəçi və müəllimlərin verdiyi təlim və təhsil, müxtəlif intellektual oyunlar böyük rol oynayır.
Valideynlər öz övladlarına hər zaman, yaşından asılı olmayaraq  diqqət , qayğı göstərməli , dəstək olmalıdırlar . Lakin zəmanənin internet əsri olduğundan, uşaqlarda telefon və internet oyunlarının vərdiş və asılılıq yaratdığını nəzərə alaraq onlardan bacardıqları qədər uzaq durmalıdırlar.
-İndiki dövrümüzdə körpələrdə ən çox rast gəlinən xəstəliklər hansıdır və bunun qarşısını necə almaq olar?
-İndiki dövrümüzdə körpələrdə ən çox rast gəlinən xəstəliklər, uşaq orqanizmi üçün zərərli qidaların (çipsi , şirin qarğıdalı çubuqları , müxtəlif şirniyyat , biskvit və şirələrin ) yaratdığı mədə - bağırsaq pozğunluqları və kəskin respirator virus infeksiyalarıdır .
Bunların qarşısının alınması da valideynlərdən asılıdır . Əgər uşaqları qeyd etdiyimiz qida və içkilərdən uzaq tutarlarsa , həyətdə , uşaq kollektivlərində hər hansı bir xəstə varsa , onlarla təmasda olmaması üçün şərait yaratsalar , soyuqlama və infeksiyalardan qorusalar , qoruyucu vasitələ olan maskalardan istifadə etsələr xəstələnmə riski də az olar.
-Valideynlər körpəyə baxışda ən çox nəyi yanlış edirlər?
-Hər bir valideyn öz körpəsinə mütləq nəvaziş və qayğı göstərməli,lakin ərköyünlük etməsinə qəti şəkildə yol verməməlidirlər . Uşağın hər istəyi ailənin büdcəsinə uyğun ödənilməlidir və uşaqlar bunun xəsislikdən deyil,valideynlərinin belə məsləhət gördüyünü uşaq yaşlarından qəbul etməyi öyrənməlidirlər .
-Valideynlərə nələri tövsiyyə edərdiniz?
-Valideynlərə əsl valideyn olmağı, uşaqlarının diqqətdən kənarda böyümələrinə yol verməmələri , sağlamlıqlarına, təhsilinə , dünya görüşlərinə nəzarət etmələri tövsiyyə olunur .
P.S. Hörmətli oxucular, ümid edirik ki , bu məqalə sizə faydalı oldu.Gələn görüşlərədək…
Rüstəm İbrahimli
Sabaha-inamla.Az




Baxış sayı: 3 485


Bölməyə aid digər xəbərlər