Sumqayıtda “İradənlə qalib gəl!”-şüarı altında aksiya keçiriləcək
Tarix: 01-11-2019 01:55 | Bölmə: Sosial

9 noyabr - Bayraq günü münasibəti ilə 1-9 noyabr tarixlərində ölkə gənclərinin “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyaları keçiriləcəkdir.
Bu sırada 2 noyabr tarixində Gənclər və İdman Nazirliyinin tabeliyində olan SumqayıtOlimpiya İdman Kompleksində açıq qapı günləri tədbirləri təşkil olunacaq. Bu aksiyanın məqsədi gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan geniş gənclər kütləsini tanış etməkdir, onları sağlam həyat naminə sadə idman oyunları və hərəkətlərini etməyə alışdırmaqdır.
Yeni nəsil öz sağlamlığına daha böyük diqqət göstərir. Onlar asudə vaxtlarını   bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdır. Gənclər fiziki sağlamlığı“məsuliyyətli vətəndaşlıq – uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirir.
Sumqayıtda gənclərin bu aksiyada iştiraka dəvəti şəhər gənclər və idman baş idarəsi sosial şəbəkələr və könüllülər vasitəsi ilə təşkil edir.
Aksiya çərçivəsində futbol, cüdo, badminton, sambo,sərbəst və yunan-roma güləşi, karate, boks, kikboksinq və s. yarışlar və əyləncəli idman oyunları təşkil edilmişdir. Bu yarışlar OİK-də işləyən məşqçilər tərəfindən idarə olunacaq. Eyni zamanda şəhərin müxtəlif idman növləri üzrə Avropa və Dünya Çempionları və mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçiriləcəkdir.
Bütün gəncləri bu fürsətdən istifadə etməyə dəvət edirik.
Başlayın və qoy iradəniz qalib gəlsin!
Aksiyaya qoşulmaq üçün Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə müraciət edin.


Əlaqə nömrələri:      655-23-00
                                   655-31-50
                                   655-34-66
                                  


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər
6-11-2019, 02:29 TƏBRİK EDİRİK!
2-11-2019, 01:19 TƏBRİK EDİRİK!