Bütün xəbərlər
O şeirlər Ziya Məmmədovun deyil
Tarix: 01-10-2019 23:23 | Bölmə: Sosial

                     O şeirlər Ziya Məmmədovun deyil


Bu gün bir sıra saytlarda və sosial şəbəkələrdə Azərbaycanın sabiq Nəqliyyat naziri Ziya Məmmədovun müəllifi olduğu deyilən şeirlər paylaşılıb.
"Qafqazinfo" xəbər verir ki, Unikal.org saytı məsələylə bağlı eks-nazirə zəng vurub. 
O, heç vaxt şeir yazmadığını qeyd edib:
"Mənim şeirlər yazmağımla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mən, ümumiyyətlə, bu zamana qədər heç vaxt şeir yazmamışam. Həmçinin Ziya Hafiz təxəllüsü götürdüyüm də yalandır".
Qeyd edək ki,  sosial şəbəkələrdə aşağıdakı şeirlər yayılıb və müəllif kimi Ziya Məmmədov təqdim edilib.
Nəsihət
Aldanma dünyada şərə, yalana.
Dadanma zibaya, zərə, talana.
Nadanın haqqını aqil olana
Zalımın haqqını qula ver, getsin
Həyat dodağıma qonur ah kimi,
Bəzən nəğmə kimi, “Çahargah” kimi,
Nə fərqi qul kimi, ya da şah kimi –
Ömür də bir yoldu, yola ver, getsin
Daraldı dostların sırası, sayı,
İndi dualardı qəlbimin payı,
Hafiz, nə edirsən qızıl sarayı
Aldanma bu keyfə, hala, ver, getsin
*
Artıq payız fəslidir,
Yağış, külək, ayaz…
Könlüm dilə gəlir,
deyir yenə yaz…
Günəş yuxuludur, buludlar gümrah.
Darıxır budaqlarda mandarin, nar,
Qəlbimdə həsrətin kədəri var…
*
Əzizinəm dağdadı,
Arandadı, dağdadı.
Bülbül azıb meşədə,
Gülü isə bağdadı.
Əzizinəm, yar olsun,
Heyva olsun, nar olsun.
Dar gündə həyan olan
Köhnə dostlar var olsun.
Əzizinəm, qalasan,
Yaman günə qalasan.
Ötən günə gün çatmaz,
Günü-günə calasan.


Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər