Bütün xəbərlər
Pavel Filip Moldova parlamentini istefaya göndərib
Tarix: 09-06-2019 19:43 | Bölmə: Siyasət

                 

Moldova prezidentinin vəzifəsini icra edən Pavel Filip parlmentin istefaya göndərilməsi və sentyabrın 6-sına növbədənkənar seçkilərin təyin edilməsi barədə fərman imzalayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, P.Filip jurnalistlərə açıqlamasında deyib: "Biz digər partiyaları vəzifələrində tutunmağa deyil, xalqın məhkəməsinə çıxmağa çağırırıq. Eyni çağırışı biz ölkə prezidentinə də ünvanlayırıq".
P.Filipin sözlərinə görə, Demokratik partiya növbədənkənar seçkilərin keçirilməsinə qarşı olub, lakin yaranmış vəziyyətdə başqa seçim yoxdur.
Ölkə parlamenti, öz növbəsində, beynəlxalq strukturlara, o cümlədən BMT Təhlükəsizlik Şurasına müraciət etmək niyyətində olduğunu və Pavel Filipin prezident təyin edilməsinin qanunsuz olmasına dair bəyannamə qəbul etdiyini bildirib.
Bundan əlavə, deputatlar bütün hüquq-mühafizə orqanlarını hakimiyyəti ələ keçirənlərə tabe olmamağa, bunun əvəzinə qanuni hakimiyyət tərəfinə - parlament, hökümət və prezident - keçməyə çağırıblar.
Xatırladaq ki, daha əvvəl Moldovanın Konstitusiya məhkəməsi prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən Pavel Filipə verib.
Bu qərar parlamenti istefaya göndərmək və növbədənkənar seçkilər təyin etmək məqsədi ilə qəbul edilib.
Bildirilib ki, ölkə prezidentinin parlamenti istefaya göndərmək isteməməsi konstitusiya öhdəliklərinə əməl etməməsi kimi qiymətləndirilib.


Baxış sayı: 566


Bölməyə aid digər xəbərlər