Bütün xəbərlər
Ziyalılarımız şəhid anası Dürnisə Əliyevanı ziyarət etdilər
Tarix: 29-06-2019 02:16 | Bölmə: Reportaj


Azərbaycan ordusunun yaranmasının 101-ci il dönümü ilə əlaqədər “Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi” ictimai birliyinin  təşəbbüsü və təşkilatçılığı ilə, şəhid anası Dürnisə ananı bir qrup ziyalılarımız ziyarət etdilər. Əvvəlcə 4 mikrorayon Hüseyn Seyidzadə 1 küçəsindəki“Dünya Azərbaycanlı Gənclərin Beynəlxaq Həmrəyliyi” ictimai birliyi tərəfindən, 1998-ci ildə düzəldilmiş Əliyev Valeh Xanlar oğlunun xatirə lövhəsi ziyarət olundu və şəhidlərimizin ruhuna fatihə verildi. Daha sonra ziyalılarımız şəhid Əliyev Valeh Xanlar oğlunun  anası Dürnisə Əliyevanın qonağı oldular. İlk çıxış edən DAGBH ictimai birliyin prezidenti Tofiq Əlizadə ,Əliyev Valeh Xanlar oğlunun Qarabag uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışdı. O, bildirdi ki, şəhid Əliyev Valeh 1994-cü il yanvar ayının 22- də Füzuli rayonu aşağı Seyid Əhmədli kəndi uğrunda gedən döyüşlərdə  şücaət göstərərək şəhid olmuşdur. Tofiq Əlizadə qeyd etdi ki, təşkilat rəhbəri kimi artıq 21 ildir ki, bu şəhid ailəsi ilə əlaqələrini bir anda olsa dayandırmayıb və  hər dəfə Azərbaycanın tanınmış  ziyalılarla birgə hər  ay bu ailənin qonağı olur.
                               
Daha sonra çıxış edən ziyalılar Kamran Orucov, Tahir Sadıqov, Etibar Əliyev və Həsən Cəbrayılov  söylədilər ki, şəhidlərimizin qisaslarının alınacağı gün çox da uzaqda deyil. Bu gün Azərbaycanın və onun  iqtisadiyyatının inkişafı göz qabağındadır . Eyni zamanda da muasir ordumuzun  adı, artıq dünyanın ən güclü orduları sırasında çəkilir.  Əminik ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin uğurla apardığı xarici siyasətinin nətiçəsində və eyni zamandada  bütün vasitələrdən istifadə  edərək, Qarabag torpaqlarımızın  sülh yolu ilə,  işğaldan azad  olunmasına  nail olacağıq.
Sonda  şəhid anası Dürnisə Əliyeva gələn qonaqları salamlayaraq bildirdi ki, şəhid ailələrinə diqqət və qayğı demək olar ki, hər gün  artmaqdadır və bu məsələlər daima Azərbaycan prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Sonra şəhid anası belə dedi: "artıq 1998-ci ildən başlayaraq 21 ildir ki, Tofiq Əlizadə bir  təşkilat rəhbəri kimi,  daima ailəmizin üzləşdiyi butün problemlərin həllində bizlərə cox yaxından  kömək edir, hər ay bizə baş çəkir. Sonda Dürnisə ana Tofiq Əlizadəyə ,  onunla gələn ziyalılara diqqət və qaygıya görə minnətdarlığını bildirdi və xatirə şəkilləri çəkildi.
Kamran Orucov
Sabaha-inamla.Az
Fotolar Etibar Əliyevindir









Baxış sayı: 1 538


Bölməyə aid digər xəbərlər