Bütün xəbərlər
"Azərkitab"da səfir Tural Anaroğlunun "Yad planetli" kitabının təqdimatı keçirilib
Tarix: 23-06-2019 11:15 | Bölmə: Reportaj

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Fövqəladə və Səlahiyyəli Səfiri Rzayev Tural Anar oğlu uzun illərdir ki,bədii yaradıcılıqla məşğul olur. Onun əsərləri "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Exo", "525-ci qəzet" və s. mətbu orqanlarında işıq üzü görüb. Dünən Tural Anaroğlunun "Azərkitab"da "Yad planetli"-hekayələrdən ibarət kitabının təqdimatı keçirilib.
                              
Tədbiri "Azərkitab"ın direktoru Sabir Həsənov giriş sözü ilə açaraq müəllifin yaradıcılığı barədə danışıb. Sonra Xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Sabir Rüstəmxanlı və digər ziyalılar müəllifin əsəri barədə öz fikirlərini, ürək sözlərini söyləyib və ona yaradıcılıq uğurları arzulayıblar!
Qeyd edək ki, Tural Rzayev sevimli xalq yazıçımız Anar müəllimin oğludur.
Kamran Orucov
Sabaha-inamla.Az 












Baxış sayı: 1 702


Bölməyə aid digər xəbərlər