Bütün xəbərlər
Zelenskinin arvadı yarı qiymətə elit mənzil alıb
Tarix: 02-05-2019 12:00 | Bölmə: Reportaj


Ukraynada keçirilən prezident seçkilərinin qalibi olmuş Vladimir Zelenski 2013-cü ilin aprel ayında ukraynalı biznesmen və keçmiş Ali Rada deputatı Aleksandr Buryakın Krımdakı elit mənzilini yarı qiymətə alıb.
Bu haqda “Reuters” gəlir və mülkiyyətlərlə bağlı bəyannamələr, o cümlədən, açıq mənbələrə istinadən məlumat yayıb.
Zelenskinin aldığı üç otaqlı mənzil Qara dəniz sahilində, “İmperator” elit yaşayış kompleksində yerləşir. Əmlakı 163,8 min dollara əldə edib (kv.metrini, təxminən, 1263 dollara).
Bu arada, Ukraynanın “domik.ua” daşınmaz əmlak alqı-satqısı saytında 2012-ci il məlumatlarına görə, “İmperator” kompleksində mənzilin kvadrat metrinin qiyməti 3,5-4 min dollar arasında dəyişib. Bir müddət sonra həmin saytda qiymətlərin 2,8 min dollara düşdüyü qeyd olunur.
Lyuks mənzilin Zelenskiyə nə üçün bazar qiymətindən aşağı qiymətə satıldığını “Reuters” müəyyən edə bilməyib. Nə Zelenski, nə də onun həyat yoldaşı agentliyin sorğusunu cavablandırıbıb. Həmçinin, Ukraynanın dövlət reyestr xidmətinin məlumatlarına əsasən, mənzili satan biznesmen Buryak da bu barədə şərh verməkdən imtina edib.




Baxış sayı: 631


Bölməyə aid digər xəbərlər