Bütün xəbərlər
Yaşasaydı 25 yaşı olacaqdı: Sumqayıtlı şəhidin doğum günüdür
Tarix: 16-10-2018 12:15 | Bölmə: Reportaj

               

Bu gün 2016-cı ilin aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun doğum günüdür. Yaşasaydı 25 yaşı olacaqdı.

Əbdülməcid Nadirşah oğlu Axundov 15 oktyabr 1993-cü ildə Sumqayıt şəhərində doğulub. 1999-2010-cu illərdə Sumqayıt şəhər 16 saylı orta məktəbdə, 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alaraq elektrik mühəndisi ixtisasına yiyələnib. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələri sıralarında manqa komandiri vəzifəsində hərbi xidmət keçən Ə.Axundov 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycanın Tərtər rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribat cəhdlərinin qarşısının alınmasında igidlik və rəşadət göstərərək qəhrəmancasına şəhid olub.
Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilib.
Qəhrəman şəhidlərimizin pak ruhunu hörmətlə anır, Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Xeberle.com


Baxış sayı: 634


Bölməyə aid digər xəbərlər