Bütün xəbərlər
Əbədiyaşar lider...
Tarix: 13-12-2019 11:05 | Bölmə: Reportaj



Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanası (MKS) Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar “Əbədiyaşar lider” adlı tədbir keçirilib.
Sabaha-inamla.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slayd nümayiş olunub.
MKS-nin böyük metodisti İradə Hüseynova çıxışında Heydər Əliyevin Azərbaycan xalqının həyatında əvəzedilməz rola malik olduğunu vurğulayıb. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var.
Gimnaziyanın müəllimi Xanım Dadaşova Heydər Əliyevin uşaqlara diqqət və qayğısından danışıb. Şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.
Sonda iştirakçılar Heydər Əliyev guşəsini ziyarət ediblər.







Baxış sayı: 691


Bölməyə aid digər xəbərlər