23:59 / 07-05-2024
ABŞ Avropada böyük hərbi təlimlər keçirir
23:52 / 07-05-2024
Avstriyanın xarici işlər naziri: "Vyana NATO-ya üzv olmayacaq"
23:45 / 07-05-2024
Moldovada müxalif “Pobeda” blokunun qəzetinin tirajı ələ keçirilib
23:30 / 07-05-2024
ABŞ ordusu Rusiya Federasiyasında həbs edilən serjant Blekin ora niyə getdiyini öyrənir
23:24 / 07-05-2024
Məhkəmə texnogen təsirin təhlili və qiymətləndirilməsi mərkəzinin keçmiş rəhbərini istintaq təcridxanasına göndərib
22:27 / 07-05-2024
Ukrayna pilotsuz təyyarəsi Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına hücum edib, yanğınsöndürənlər yaralanıb
22:23 / 07-05-2024
ABŞ Rutteni NATO-nun yeni baş katibi görür
21:46 / 07-05-2024
Bir evin girişində dava-dalaş- polisə hücum edib
21:41 / 07-05-2024
Putin Xorvatiyadakı səfirini dəyişib
21:28 / 07-05-2024
100 kiloqramlıq aviabomba zərərsizləşdirilib
13:26 / 07-05-2024
Xarici İşlər Nazirliyi: andiçmə mərasiminə hətta dost olmayan ölkələrin nümayəndələri də dəvət olunub
13:20 / 07-05-2024
Peskov: "Andiçmə mərasiminin qonaqları arasında Rusiya Federasiyasının gələcək Baş naziri də var"
13:16 / 07-05-2024
BMT: Dünyada 281 milyondan çox miqrant var
13:12 / 07-05-2024
Putin çərşənbə axşamı, o cümlədən inauqurasiyadan dərhal sonra bir neçə görüş keçirəcək
13:09 / 07-05-2024
Umar Nurməhəmmədov yenilənmiş UFC reytinqində bir mövqe itirib
12:30 / 07-05-2024
Şəhid kapitan Şirbala Hüseynovun mövludu keçirilib-VİDEO+FOTOLAR
11:05 / 07-05-2024
"Sky News": Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərinə hücum edilib
10:55 / 07-05-2024
Rəfahda İsrailin hava hücumları nəticəsində azı 8 mülki şəxs həlak olub
10:47 / 07-05-2024
Başqırdıstanın nəqliyyat naziri rüşvətə görə saxlanılaraq işdən çıxarılıb
10:42 / 07-05-2024
Vladivostokda yerli qadını soyan ABŞ hərbçisi həbs edilib
10:37 / 07-05-2024
Nyu-Yorkda ukraynalı diplomatlar İkinci Dünya Müharibəsinin xatirəsinə həsr olunmuş mitinqi pozmağa cəhd ediblər
10:27 / 07-05-2024
Könül Nurullayeva vətəndaşların problemləri ilə maraqlanıb
23:41 / 06-05-2024
AFP: İsrail Rəfaha intensiv zərbələr endirib
23:35 / 06-05-2024
İspaniya Müdafiə Nazirliyinin rəhbəri: "Ukrayna artıq "Patriot" hava hücumundan müdafiə sistemi üçün raket partiyasını alıb"
23:28 / 06-05-2024
Miller: "ABŞ nümayəndələri Putinin andiçmə mərasimində iştirak etməyəcəklər"
23:23 / 06-05-2024
SBU dövlət təhlükəsizlik idarəsinin rəisi Andrey Quku saxlayıb
23:19 / 06-05-2024
ABŞ və İsrail HƏMAS-ın atəşkəs reaksiyasını öyrənir
23:04 / 06-05-2024
Ərdoğan İraq və Suriyada PKK-ya qarşı əməliyyatlar elan edib
22:58 / 06-05-2024
Norilsk şirkətinin direktorlar şurasının keçmiş sədri Nikel Filipyev Moskvada ölü tapılıb
22:42 / 06-05-2024
Fövqəladə Hallar Nazirliyi: İrkutsk vilayətində yanğınlar nəticəsində 180-dən çox binaya ziyan dəyib
22:32 / 06-05-2024
Böyük Britaniyanın Rusiya Xarici İşlər Nazirliyindəki səfiri Kiyevə dəstək kursunun davam etdirildiyini açıqlayıb
22:22 / 06-05-2024
Şolts: "35 min Alman əsgəri müttəfiqlərə kömək etməyə hazırdır"
22:16 / 06-05-2024
Çin Xalq Respublikasının rəhbəri Parisdə keçirilən Olimpiya Oyunları zamanı atəşkəs ideyasını dəstəkləyib
21:35 / 06-05-2024
Həmas Misir və Qətərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb
“Bank sektoru ilə bağlı 2 proqram hazırlanıb” - Nazir müavini
Tarix: 01-04-2020 23:55 | Bölmə: Müsahibə
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.
İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.
"Qafqazinfo" xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Trend-ə müsahibəsində hazırlanan proqramlar barədə danışıb.
- Sahib müəllim, hazırda koronavirus pandemiyasının qlobal iqtisadiyyata ciddi mənfi təsirləri müşahidə edilir. Bunun Azərbaycan iqtisadiyyatına təsirlərini minimallaşdırmaq üçün hansı tədbirlər görülür?
- Son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur ki, bu da dünya iqtisadiyyatına ciddi mənfi təsirlər göstərməklə yanaşı, Azərbaycan iqtisadiyyatına və gündəlik sosial-iqtisadi həyata da təsirsiz ötüşmür. İqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malik Azərbaycanda yaranmış vəziyyətə çevik reaksiya verilib, ciddi karantin rejimi tətbiq edilib və sosial izolyasiya tədbirləri həyata keçirilir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlığa mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb. Hökumət vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir, iqtisadiyyatı, özəl sektoru böhrandan qorumaq, böhranın mənfi təsirlərini minimuma endirmək məqsədilə sahibkarlıq subyektlərinə dəstək verir. Bu istiqamətdə məşğulluğun təmin olunması, maliyyə-bank sektorunun sağlamlığının qorunması, iqtisadi artımın davamlılığına nail olunması əsas prioritet istiqamətlərdəndir.
- İqtisadiyyata dövlət dəstəyi paketi hansı sahələri əhatə edir?
- Qeyd edim ki, İşçi Qrupun aidiyyəti qurumlarla birgə və intensiv fəaliyyəti nəticəsində dəstək paketini qısa bir müddətdə formalaşdırmaq mümkün olub. Belə ki, pandemiyadan zərər çəkmiş sahələr müəyyənləşdirilib və dövlət dəstəyinin göstərilməsi ilə bağlı 10 proqram hazırlanıb. Bu sahələr 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifatlaşdırılıb və ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyənləşdirilib. Dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manat olmaqla Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir. Vurğulanmalıdır ki, iqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dövlət dəstəyi paketi nəzərdə tutulmayıb.
- Dövlət dəstəyi paketindən konkret hansı sahələrdə fəaliyyət göstərənlər faydalanacaq?
- Dövlət dəstəyi mexanizmi karantin rejimi və iqtisadi fəallığın məhdudlaşdırılması şəraitində hökumətin iş yerlərini ixtisar etməmək və işçilərin əmək haqlarını ödəməklə bağlı çağırışlarına əməl edən, iş yerlərini və əmək haqlarını qoruyub saxlayan sahibkarlara şamil ediləcək. Eyni zamanda, fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar.
Belə ki, birinci proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Proqram həmin işçilərin əmək haqlarının önəmli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsini ehtiva edir. Hazırda ölkənin qeyri-dövlət və qeyri-neft sektorlarında 640 min əmək müqaviləli işçi var. Proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45%-dən çoxdur.
Qiymətləndirmələrə əsasən, neqativ təsirlər 11 fəaliyyət istiqamətinə 100% təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və “mall”lar, əyləncə, nəqliyyat və s. sahələrdir. Bu sahələrə aid şirkətlərdə muzdlu işçi kimi çalışan hər vətəndaş proqramın əhatə dairəsinə aid ediləcək. Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb ki, burada da 70%-lik dəstək tətbiq ediləcək. Proqramın tətbiqində işçinin real maaşı və ya respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manat təşkil edib. Proqrama əsasən, aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir və orta aylıq əmək haqqı maksimal hədd kimi götürülür. Orta aylıq əmək haqqından çox əmək haqqı alan işçinin dəstəyə ehtiyacı daha aşağı əmək haqqı alan işçidən fərqlənir. Yuxarı əmək haqqı alan muzdlu işçilər əsasən, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrdə - maliyyə, bank, sığorta, rabitə və s. sektorlarındadır.
- İşçilərin dəstəkdən bəhrələnməsi ilə bağlı məsələləri qeyd etdiniz. Bəs sahibkarlar, yəni işəgötürənlər bu dəstəkdən necə faydalanacaqlar?
- Ümumilikdə, sahibkarlığa dəstək müxtəlif istiqamətlidir. Belə ki, ikinci böyük proqram fərdi sahibklarlarla bağlıdır və 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. İqtisadi fəaliyyətə tətbiq edilən məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib və burada dəstəyə daha çox ehtiyac var. Baza kimi mikro sahibkarların 2019-cu il ərzində etdiyi vergi ödənişlərinə istinad ediləcək və birbaşa yardım edilməsində həmin bazaya əsaslanılacaq.
Üçüncü proqram biznes üçün vergi güzəştləri, tətilləri və imtiyazları ilə bağlıdır. Burada da əsas məqsəd güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahələri və sahibkarları qorumaq, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə yol verməməkdir.
Dördüncü proqram ipoteka kreditlərinə dəstək proqramıdır. Koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlardan olacaq.Bu dəstəyin multiplikativ effektini nəzərə alaraq sektorun əmək tutumluluğu, böyük həcmdə xammal və materialların ölkəmizdə istehsalı tikinti sahəsinin önəmini daha artırır. Tikinti sektoru həm də sosial sahə və vətəndaşların mənzil təminatı ilə bağlıdır.
Bundan başqa, bank sektoru ilə bağlı 2 proqram hazırlanıb. Bunlardan biri 1 milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramıdır. Sözügedən proqram sahibkarların bank kreditləri portfelinin keyfiyyətinin qorunub saxlanılması baxımından vacibdir. Digər proqram yeni verilən kreditlərə aiddir. Real sektorun kreditləşməsi hökumətin prioritetidir. Bu baxımdan, bundan sonra da bank sektorunda canlanmanı təmin etmək üçün real sektorun banklar vasitəsilə maliyyələşdirilməsi planlaşdırılır. Proqramın həyata keçirilməsi ilə banklar tərəfindən yeni verilən kreditlərin 60%-nə dövlət tərəfindən zəmanət veriləcək. Belə kreditlərin maksimal illik faizi 15%-i keçməməklə müddəti 3 ilədək olmalıdır. Bu kreditlər üzrə faizlərin yarısı (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.
Daha bir proqram sərnişindaşıma sahəsinə dəstəklə bağlıdır. Bu sahədə fəaliyyət göstərən subyektlərə (AZAL, avtobus, metro, dəmiryolu) məqsədyönlü dəstək göstəriləcək.
- Dəstək paketində kommunal xidmətlər sahəsində əhaliyə güzəştlərin tətbiqi və digər sosial məsələlər əks olunubmu?
- Təkliflər arasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da var. Karantinlə əlaqədar insanların evdə qalması səbəbindən enerji istehlakının həcmi artıb. Əhalinin həssas qrupu üçün bu məqam xüsusi nəzərə alınacaq. Həmin qrup üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması nəzərdə tutulur.
Bununla yanaşı, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket (işsizlik müavinəti, sosial yardım və s.) vəsaitlərin ayrılması nəzərdə tutulur.
Eləcə də sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı hazırlanır.
Bütün bunlar isə, dövlət dəstəyinin yalnız bir hissəsidir və əlavə dəstək mexanizmləri, o cümlədən sosial dəstək paketi üzərində də iş aparılır. Həyata keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır: “Biz birlikdə güclüyük”.
Baxış sayı: 602
Bölməyə aid digər xəbərlər

17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir
9-11-2022, 20:21
Deputat Svetlana Jurova: "ABŞ seçkilərdən sonra Kiyevə faydalı olarsa, kömək etməyə davam edəcək"
1-11-2022, 19:28
ABŞ senatoru Baydenin "ən böyük günahını" diqqətə çatdırdı
27-10-2022, 02:45
David Namaniya: Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
13-10-2022, 23:47
“Onlardan topu almaq heç də asan deyildi” - “Olimpiakos”un baş məşqçisi
13-10-2022, 20:40
Abdul-Hamid Qafarov: “Azərbaycanı yüksək səviyyəli avtomobil yarışlarında təmsil etməkdən qürur duyardım”
9-10-2022, 20:21
“Daha hakimlərin işinə qarışmayacam” - Qurban Qurbanov
20-09-2022, 21:59
"Təhsildə ən ciddi problem müəllimlərlə bağlıdır"- Misir Mərdanov
15-09-2022, 09:45
“Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam”
7-09-2022, 18:08
Əli Hüseynli partiyalar haqqında yeni qanundan danışdı
2-09-2022, 16:09
İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi-VIDEO
23-08-2022, 17:03
“Erməni ilə görüş çətin keçdi” - Dünya çempionumuz