Bütün xəbərlər
"Qarabağ"ın ev oyununu alman hakimlər idarə edəcək
Tarix: 10-08-2019 01:31 | Bölmə: Karusel
            

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - APOEL cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Modern.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın baş hakimi Almaniya Futbol Federasiyasından 35 yaşlı Daniel Sibert olacaq. Ona Yan Seidel, Lasse Koslovski köməklik edəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü avqustun 13-ü yerli vaxtla 20:30-da başlayacaq. Bu komandalar arasında Kiprdəki ilk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.


Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər