Bütün xəbərlər
Şirvan şəhərində kütləvi zəhərlənmə olub
Tarix: 19-07-2019 21:43 | Bölmə: Karusel

                                     

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.
"Report"un Aran bürosu xəbər verir ki, zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.
Nəticədə 10 nəfərdən çox xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

                                               




Baxış sayı: 330


Bölməyə aid digər xəbərlər