Bütün xəbərlər
Mingəçevirdə gənc oğlan bıçaqlanıb
Tarix: 17-10-2018 03:18 | Bölmə: Karusel
                                         

Axşam saatlarında Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, 1992-ci il təvəllüdlü Əliyev Xəyal Hidayət oğlu yaşadığı “Yeni Həyat” məcburi köçkün şəhərciyi ərazisində naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.
Cəbrayıl rayonundan məcburi köçkün olan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər