Bütün xəbərlər
Xocalı soyqırımı münasibətilə Cenevrədə aksiya keçilib
Tarix: 27-02-2020 20:17 | Bölmə: Karusel
“Şərq-Qərb” nəşriyyatı aksiyada iştirak edib

2020-ci il fevral ayının 26-da İsveçrə–Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Cenevrə şəhərində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə tədbir təşkil edilmişdir. Tədbir çərçivəsində mərkəzi meydanların birində, eləcə də BMT-nin binası qarşısında 1–2 saat ərzində 20-yə qədər azərbaycanlının iştirakı ilə aksiya keçirilmişdir.  Aksiyanın məqsədi Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu vəhşiliklərin yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş bir cinayət olduğunu hər kəsin nəzərinə çatdırmaq olub.
“Şərq-Qərb” ASC-nin Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova çıxış edərək Ermənistan silahlı qüvvələrinin Xocalıda törədiyi vandalizmdən, vəhşiliklərdən danışıb, hər kəsi Xocalı şəhidlərinin incik ruhu qarşısında mənəvi borcunuyerinə yetirməyə çağırıb.Aksiya zamanı Azərbaycanın himni səsləndirilib, “Şərq-Qərb” Nəşriyyatı tərəfindən Xocalı soyqırımı ilə bağlı ingilis, alman və fransız dillərində hazırlanmış flayerlər İseveçrə əhalisinə paylanılıb. Bundan başqa, Xocalıda baş verənləri özündə əks etdirən fotoşəkillər nümayiş etdirilib.
Nərgiz Cabbarlı




Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər