Bütün xəbərlər
Bu avtomobillər gömrük rüsumundan azad edildi - Qərar
Tarix: 04-02-2020 22:18 | Bölmə: Karusel

                 Bu avtomobillər gömrük rüsumundan azad edildi

Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
Nazirlər Kabinetindən "Qafqazinfo"ya verilən məlumata görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilməsi rüsumdan azad edilib.
Digər avtomobillər üçün isə 15 faiz gömrük rüsumu qüvvədə saxlanılıb.
Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.


Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər