Bütün xəbərlər
Senatda Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb
Tarix: 22-01-2020 00:35 | Bölmə: Karusel

                               

ABŞ Senatında prezident Donald Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb
“Report”un məlumatına görə, Senatdakı respublikaçıların lideri Mitç Makkonnell bildirib ki, senatorların əksəriyyəti prosesin təşkili ilə bağlı yanvarın 21-də Senata təqdim olunan qətnaməni dəstəkləməyə hazırdır.
“Prosedura əsasən öncə prokurorluğun aşağı palatadan nümayəndələri danışacaq, sonra prezidentin vəkili söz alacaq. Daha sonra senatorlara yazılı şəkildə hər iki tərəfə sual vermək imkanı veriləcək. Dördüncü mərhələdə Senat əlavə dəlillərə və ya şahidlərə ehtiyacın olub-olmaması barədə qərar verəcək.
Senatorlardan biri prosesin qaydasında dəyişiklik etməyə, konkret şahidləri çağırmağa və ya sənəd tələb etməyə çalışarsa, mən bu təşəbbüslərə imkan verməyəcəyəm. Çünki, Senat bu məsələləri sonrakı müddətdə həll edəcək” - deyə, Makkonnell bildirib.


Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər