Bütün xəbərlər
Putinlə görüşə hazırlaşan Zelenskiyə Poroşenkodan - Məsləhət
Tarix: 06-12-2019 19:25 | Bölmə: Karusel

                    Putinlə görüşə hazırlaşan Zelenskiyə Poroşenkodan

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Rusiya lideri Vladimir Putinlə görüşə hazırlaşan hazırkı ölkə rəhbəri Vladimir Zelenskiyə məsləhətlər verib.
“Qafqazinfo”nun məlumatına görə, Poroşenkonun “Ukrainskaya pravda”da dərc olunmuş yazısında deyilir:
“Ən vacib məsləhət: Putinlə üz-üzə görüşmə. Daha bir vacib məsləhət: Donbas məsələsini müzakirə edərkən qaz danışıqları aparma. Yoxsa, Kiyev ucuz qaz üçün güzəştə getməli olacaq”.
Qeyd edək ki, dekabrın 9-da  Donbasdakı vəziyyəti həll etmək üçün Parisdə “normand dördlüyü”nün zirvə görüşü keçiriləcək. Zirvə zamanı Putinlə Zelenskinin görüşü olacaq.


Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər