Bütün xəbərlər
Küçədə boğazı kəsilən qadın sağdır - Təfərrüat
Tarix: 08-11-2019 19:19 | Bölmə: Karusel

                    Küçədə boğazı kəsilən qadın sağdır

Bu gün sosial şəbəkələrdə Azərbaycanda 8-ci sinif şagirdi olan qızın hamilə qaldığı üçün boğazının kəsilərək öldürülməsi haqda video yayılıb. 
"Qafqazinfo" hadisə ilə bağlı təfərrüatları öyrənib.
Belə ki, boğazı kəsilən 8-ci sinif şagirdi yox, 1977-ci il təvəllüdlü M.Natavandır.
Hadisə Gəncənin Boyan küçəsində baş verib. Belə ki, oktyabrın əvvəllərində 4 uşaq anası olan Natavan küçədə keçmiş həyat yoldaşı Məhərrəm Sirati tərəfindən bıçaqlanıb. O, keçmiş arvadına yaxınlaşaraq arxadan bir neçə bıçaq zərbəsi vurub.  
Həmin gün xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır olsa da, həkimlər onun həyatını xilas edib.


Baxış sayı: 387


Bölməyə aid digər xəbərlər