20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
Xorvatiya postmünaqişə dövründə də Azərbaycanı dəstəkləyir-Könül Nurullayeva
Tarix: 18-05-2023 11:32 | Bölmə: Siyasət

Azərbaycan-Xorvatiya əlaqələrində dinamika müşahidə olunur. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, 12 parlament sədri, 15 sədr müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatı, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçilərinin qatıldığı xüsusi iclasda Xorvatiya nümayəndə heyəti də iştirak edirdi. Bu ölkənin parlament sədrinin müavini Davorko Vidoviç xüsusi iclasda çıxış edərək Ümummilli Lider Heydər Əliyevin yüksək liderlik keyfiyyətləri, uzaqgörənliyi sayəsində müasir Azərbaycanın öz dövlət müstəqilliyini qoruyub saxladığını qeyd etdi. Xorvatiya nümayəndə heyəti də bu qənaətdədir ki, məhz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünya dövlətləri ilə dərinləşən və genişlənən əlaqələri bu gün yeni mərhələyə qədəm qoyaraq, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə daha da inkişaf etməkdədir.
Xorvatiya da Azərbaycanla yüksək səviyyəli münasibtlər quran ölkə kimi Azərbaycanla siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın dərinləşməsində maraqlıdır. Milli Məclisdə Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri arasında keçirilən görüşdə bir daha vurğulandı ki, bu günə qədər ölkələrimiz arasında 20-dən çox sənəd imzalanıb. Strateji tərəfdaşlıq və dostluq münasibətlərinə dair imzalanmış Zaqreb Bəyannaməsi bu mənada xüsusi önəm kəsb edir. Xorvatiya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolu olduqca vacibdir. Bu mənada parlament dostluq qruplarının fəaliyyəti bu istiqamətdə töhfə verir.
Bakıda keçirilən rəsmi görüşlərdə uzun illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu prosesdə siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı vurğulandı. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirildi. XİN-də baş tutan müzakirələrdə Xorvatiyalı vitse-spiker bölgədə davamlı sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Azərbaycanın səylərini yüksək qiymətləndirdi.
Rəsmi görüşlərdə həmçinin Xorvatiya ilə enerji, turizm, informasiya texnologiyaları, minatəmizləmə, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar olduğu diqqətə çatdırıldı. Xorvat iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlıqda maraqlıdır.
Xorvatiya nümayəndə heyəti eyni zamanda işğaldan azad edilmiş ərazilərə də səfər etdi. Səfər çərçivəsində nümayəndə heyətinini Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq mən müşayiət edirdim. Ağdamda erməni vandalizminin izləri, eyni zamanda burada aparılan bərpa-quruculuq işləri ilə tanış oldular. Səfər zamanı erməni vəhşiliyinə məruz qalan tikililər barədə məlumat verildi. Bildirildi ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.
Xorvatiyalı qonaqlar Ağdamda gördüklərindən çox təsirləndilər. Xorvatiyanın da keçmişdə buna oxşar taleyi olduğunu dilə gətirdilər. Buna baxmayaraq, Ağdamda aparılan bərpa-quruluq işlərini əsl nümunə kimi dəyərləndirdilər. İki il əvvəlki mənzərə ilə müqayisədə burada ümid çırağı və Azərbaycanın gələcək planlarını gördüklərini və bunu təqdir etdiklərini dilə gətirdilər.
Nümayəndə heyətinin üzvlərinə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri barədə də ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
Səfər iştirakçıları erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə də tanış olub, Dram teatrının salamat qalan divarına baxdılar.
Ağdam Cümə məscidini ziyarət zamanı qeyd edildi ki, digər tarixi abidələrimiz kimi, 1868-ci ilin yadigarı olan bu məscid də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Erməni işğalçıları məscidin minarələrindən müşahidə məntəqəsi kimi istifadə etdiklərinə görə, tarixi abidə tam dağıdılmayıb. Buna baxmayaraq, erməni vandalları bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından tövlə kimi istifadə ediblər.
Xorvatiyalı qonaqlara Ağdam Sənaye Parkında görülən işlərlə bağlı da məlumat verildi. Bildirildi ki, burada yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə və bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.
Qeyd etməliyəm ki, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında Xorvatiyanın da dəstəyi xüsusi qeyd olunmalıdır. Belə ki, 44 günlük Vətən Müharibəsi zamanı Xorvatiya parlamentinin üzvlərindən dəstək məktubları aldıq, eyni zamanda haqq səsimizi xorvat ictimaiyyətinə çatdırmaq məqsədilə Xorvatiyanın aparıcı mətbu orqanlarında, Qarabağ həqiqətlərini əks etdirən, “Bütün dünya üçün Qarabağ Azərbaycandır” başlıqlı məqalələr dərc edildi. Rəsmi Zaqreb yeni reallıqları dəstəkləyir və hər zaman regionda sülhün, firavanlığın bərqərar olunmasına tərəfdar olduğunu bəyan edir. Azad edilmiş ərazilərdə aparılan yenidənqurma və minalardan təmizləmə işlərində Xorvatiya şirkətlərinin də yaxından iştirakı bu ölkənin Azərbaycanın haqq işinə dəstəyinin göstəricisidir.

Baxış sayı: 385
Bölməyə aid digər xəbərlər

Dünən, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
31-08-2026, 16:40
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
31-08-2026, 15:38
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
27-08-2026, 18:46
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
27-08-2026, 18:37
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
27-08-2026, 18:24
ABŞ və İran hazırda danışıqlar aparmır
26-08-2026, 18:12
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
26-08-2026, 18:10
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
26-08-2026, 17:57
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
26-08-2026, 12:07
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
25-08-2026, 19:25
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
25-08-2026, 19:17
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
24-08-2026, 20:03
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
24-08-2026, 19:50
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
20-08-2026, 19:12
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
20-08-2026, 19:09
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
19-08-2026, 16:41
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
19-08-2026, 16:23
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
19-08-2026, 08:15
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
18-08-2026, 22:15
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
18-08-2026, 21:58
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
18-08-2026, 12:38
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
18-08-2026, 12:13
General oğlu vəzifəsindən azad edildi
17-08-2026, 22:39
Ən gənc general-leytenant oldu
17-08-2026, 19:46
Polşa Müdafiə Nazirliyi Rusiya ilə müharibəyə hazırlıqlarını açıqladı