09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Putin və Əliyev danışıqları Düşənbədəki rəsmi görüşdən sonra davam etdirib
Tarix: 12-10-2025 16:50 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Düşənbədə rəsmi ikitərəfli görüşdən sonra söhbəti foyedə davam etdiriblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kadrları "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubin nümayiş etdirib.
Putin və Əliyev 2025-ci il oktyabrın 9-da Düşənbədə görüşüblər. Rusiya və Azərbaycan prezidentləri aktual məsələləri, o cümlədən AZAL aviaşirkətinin qəzasını müzakirə ediblər.
Rusiya liderinin sözlərinə görə, qəzaya qismən səmada Ukraynaya məxsus pilotsuz təyyarənin olması səbəb olub. Putin həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər