09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Lukaşenko Belarus Silahlı Qüvvələrini ən yüksək döyüş hazırlığı səviyyəsinə qaldırıb
Tarix: 11-10-2025 10:35 | Bölmə: Siyasət

Belarus Müdafiə Nazirliyi Belarus Silahlı Qüvvələrinin yoxlama üçün ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirildiyini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fəaliyyətlər Silahlı Qüvvələrin Ali Baş Komandanı, Belarus Prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə həyata keçirilir.
Silahlı Qüvvələrin döyüş hazırlığının yoxlanılması Təhlükəsizlik Şurasının dövlət katibinin nəzarəti altında aparılır.
"Silahlı qüvvələrin bir sıra bölmələri onların döyüşə hazır vəziyyətə gətirilməsi, təyin olunmuş ərazilərə çıxarılması və əmrdə göstərilən hərəkətlərin yerinə yetirilməsi üçün silsilə tədbirlər həyata keçirəcək", - Belarus Müdafiə Nazirliyi öz Telegram kanalında bildirib.
Belarus Silahlı Qüvvələri oktyabrın 11-dən etibarən ən yüksək döyüş hazırlığı səviyyəsindədir.
Belarus Silahlı Qüvvələrinin 48,6 min hərbçi, o cümlədən 63,000 mülki şəxsi var. 2025-ci il sentyabrın 12-dən 16-dək Belarusda Rusiya-Belarus birgə “Zapad-2025” təlimləri keçirilib.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər