09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Tramp nəvəsi ilə qolf oynayarkən Rusiya və Ukraynanı barışdırmaq arzusunda olduğunu bildirib
Tarix: 12-10-2025 16:54 | Bölmə: Siyasət

ABŞ prezidenti Donald Tramp nəvəsi Kay ilə qolf oynayarkən Ukrayna münaqişəsinə münasibət bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qolf meydançasında Kay Trampdan Ağ Evdə işlərin necə getdiyini soruşdu.
"Hər şey əladır. Biz əla iş görmüşük. Yeddi müharibəni dayandırmışam. Yeddi. Və ümid edirəm ki, biz (Rusiya prezidenti) Vladimir Putin və (Kiyev rejiminin lideri Vladimir) Zelenskini (münaqişəni – red.) dayandırmağa məcbur edəcəyik", - Tramp cavab verib.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kiyev münaqişənin sülh yolu ilə həllinə sadiq deyil. Peskovun sözlərinə görə, Ukrayna cəbhədə vəziyyətin dəyişəcəyinə ümid edir, lakin reallıq bunun əksini göstərir.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər