09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Ali Radanın deputatı Amerikanın nüvə silahlarının Ukraynada yerləşdirilməsini təklif edib
Tarix: 11-10-2025 17:02 | Bölmə: Siyasət

Ukrayna Ali Radasının “Batkivşina” fraksiyasından olan deputatı Oleksandr Sobolev ölkənin təhlükəsizliyini gücləndirmək üçün tədbir kimi ABŞ-ın nüvə silahının yerləşdirilməsini təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sobolevin xatırlatdığına görə, Amerika nüvə başlıqları NATO-ya üzv beş ölkədə yerləşir, ən sonuncusu isə Türkiyədir.
"Ən yaxşı müdafiə Ukrayna parlamentinin ABŞ-la bütün müvafiq danışıqlardan sonra bizim ərazimizdə Amerika nüvə başlıqlarının yerləşdirilməsinə icazə verməsidir. Bundan sonra bütün suallar həll olunacaq", - deputat Ukrayna nəşrinə müsahibəsində bildirib.
Bu arada, Rusiya prezidenti Vladimir Putin daha əvvəl vurğulamışdı ki, Ukraynanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş bloklara qoşulmamaq və nüvə silahından azad statusuna qayıtması münaqişənin həlli üçün zəruri şərtdir.
O, həmçinin qeyd edib ki, NATO qüvvələri Ukrayna ərazisində peyda olarsa, onlar Rusiya ordusu üçün qanuni hədəfə çevriləcəklər.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər