Bütün xəbərlər
Rutte "F-35" tədarüklərini "Lada" və soyuducu ilə bağlı zarafatla şərh edib
Tarix: 14-10-2025 17:17 | Bölmə: Siyasət

NATO-nun baş katibi Mark Rutte "F-35" döyüş təyyarələri və "Patriot" sistemlərinin satın alınması ilə bağlı müzakirələr zamanı Lada ilə bağlı məşhur sovet zarafatını xatırladıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ruttenin qeyd etdiyinə görə , "F-35" və Patriotlar sifariş edən Avropa ölkələri kifayət qədər istehsal edilmədiyinə görə uzunmüddətli çatdırılma gecikmələri ilə üzləşirlər. O, avtomobil və soyuducu haqqında sovet zarafatını da misal çəkdi.
NATO-nun baş katibi Lyublyanada Alyansın Parlament Assambleyasının sessiyasında bəyan edib ki, indiki səviyyələr yetərli olmadığı üçün təkcə Avropa ölkələri deyil, ABŞ da müdafiə istehsalının sürətini artırmalıdır. Rutte həm Avropa, həm də ABŞ-dan müdafiə məhsullarına yüksək tələbatın olduğunu vurğulayıb. O, həmçinin ümid etdiyini bildirib ki, bu şirkətlər uzunmüddətli müqavilələrdə israr etməyi dayandıracaqlar.
"Mən bəzən zarafat edirəm ki, "F-35" və ya Patriot sistemlərinin alınması köhnə rusların "Lada" və soyuducu ilə bağlı zarafatını xatırladır. "Lada" sifariş edəndə sənə deyə bilərlər ki, o, on ildən sonra hazır olacaq, sonra da soruşursan: səhər, ya günorta? Bunun nə əhəmiyyəti var? Çünki soyuducu həmin axşam gətiriləcək", - o zarafat edib.
Baş katibin sözlərinə görə, bu zarafat "F-35" qırıcıları və ya "Patriot" hava hücumundan müdafiə sistemlərinin alınması ətrafında müzakirələr fonunda xüsusi aktuallıq kəsb edir.
Bu ilin martında Avropa Komissiyası əvvəlcə “Avropanın yenidən silahlanması” adlı yenilənmiş müdafiə strategiyasını təqdim edib, lakin sonradan bəzi Aİ ölkələrinin etirazları səbəbindən adını “Hazırlıq 2030” adlandırıb. Sənəd dörd il ərzində təxminən 800 milyard avro cəlb etməyi nəzərdə tutur. Maliyyələşdirmənin əsas hissəsinin Avropa dövlətlərinin büdcələrindən, yəni təxminən 650 milyard avronun, qalan 150 milyard avronun isə kredit şəklində verilməsi planlaşdırılır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər