21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
3 SENTYABR 1991-Cİ İL: MİLLİ QÜRUR TARİXİMİZ-Cavadxan Qasımov
Tarix: 03-09-2022 18:44 | Bölmə: Siyasət

3 sentyabr ayrılıqda hər bir vətəndaşın, bütövlükdə isə, xalqımızın oddan-alovdan, dərddən-bəladan, məhv olma təhlükəsindən xilas olduğumuz gündür. Müasir müstəqillik tariximizin ilk illərində bir tərəfdən tarixi düşmənlərimiz ermənilərin torpaqlarımıza təcavüzü, digər tərəfdən də, ölkə daxilindəki xaos özü ilə birlikdə, torpaqlarımızın işğalına, iqtisadi və sosial sahələr üzrə tənəzzülə yol açırdı. Ölkəmizin ərazi bütövlüyü pozulmaqla, bir milyondan artıq bacı və qardaşlarımız qaçqın vəziyyətində yaşamağa məcbur qalmışdı. İqtisadiyyatımızda tənəzzül meyilləri hökm sürmüş, islahatyönümlü heç bir tədbir görülməmiş, bununla da, keçmiş inzibati-amirlik iqtisadi sistemindən ayrılmaqla, milli iqtisadiyyata doğru heç bir proqram və tədbirlər planları reallaşmamışdır. Bazar münasibətlərinə xas olan idarəetmənin əsasları müəyyən olunmamışdır. Ölkənin müstəqil iqtisadiyyata malik olan potensialı dəyərləndirilməmiş, resurlardan məqsədyönlü istifadənin yolları axtarılmamış, yerli xammala və buna görə də, yerli istehsala yönəldilmiş olan investisiya layihələri diqqətdən kənarda qalmışdır.
Təbii olaraq, bütün bunlar üçün heç münbit zəmin də olmamışdır. Çünki, həmin dövrlərdə istər iqtisadi, istər hərbi, istər sosial, mədəni, hüquqi və digər sahələr üzrə idarəetmənin ən mümkün mexanizmləri üçün istifadə olunması məqsədə uyğun olan addımlar atılmamışdır. Ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərinin əvvəllərində bütün bu qeyd olunanlar acı gerçəklik olaraq tarixə həkk olumuşdur. Bu, eyni zamanda, iqtisadi formasiyaların bir-birini əvəz etmiş olduğu bu keçid mərhələsinin düzgün qurulmaması, tənzimləmə mexanizmlərinin işlək olmaması, bazar qanunlarının mahiyyətinin əsaslandırılmamasından irəli gəlirdi. Bunlar isə qeyd olunan amillərin həyata keçirilməsi üçün təcrübəli rəhbərə, uzaqgörən başçıya, müdrik liderə hava və su kimi ehtiyac yaratmaqda idi.
Belə bir mərhələdə, xalqımızın böyük oğlu, uzaqgörən siyasətçi, dahi rəhbərimiz Heydər Əliyev ürəyindəki böyük xalq, Vətən, el-oba sevgisi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi.Bu dövrdən başalayaraq, Naxçıvan Muxtar Respublikasında bütövlükdə, Azərbaycan Respublikası üçün əhəmiyyətli olan sosial-iqtisadi, ictimai-siyasi və digər sahələr üzrə strateji mərhələnin başlanğıcı qoyulmuş oldu. Bu mərhələ özünün çox yüksək zərurəti ilə seçilməkdə idi.
Hər şeydən əvvəl, iqtisadi islahatların əsaslarını təmin etmiş oldu. Yeddi ay ərzində iqtisadi inkişafa istiqamətlənən proseslərin ardıcıllığı müəyyən olunmaqla, muxtar respublikanın rayonlarının, qəsəbə və kəndlərinin iqtisadi inkişafının ana xəttinin əks olunduğu hüquqi təənzimləmə mexanizmləri diqqətə alındı. Ərazilərin ixtisaslaşmasına və əmək ehtiyatlarından səmərəli istifadəyə əsaslanan fəaliyyət proqramları həyata keçirildi. Ardıcıl, əlaqəli və perspektivli tədbirlər müstəvisində böyük Heydər Əliyevin rəhbərliyi, təşəbbüsü və nəzarəti ilə Culfa rayonunun Şurud və Gal kəndlərində başlatdığı torpaq islahatlarının bütünlükdə ölkəmiz miqyasında gerçək davamı və reallığı idi. İqtisadi siyasətin bu cür istiqamət alması MDB məkanına daxil olan ölkələrin hər biri üçün böyük nümunə idi. Bununla da, 6 aprel 1992-ci il tarixində bütövlükdə yeni iqtisadi inkişaf mərhələsinin əsasları olacaq qərar və təkliflər qəbul olundu. Həmin dövrdən başlayaraq, bütövlükdə, ölkənin regional iqtisadi inkişafı üçün əsaslar yaradıldı. Regional iqtisadi inkişafdan milli iqtisadi təsisatlara doğru dayaqlar formalaşmış oldu. Qeyd etmək olar ki, həmin hüquqi tənzimləmələr, “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması haqqında” qərar və rentabelsiz işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsini nəzərdə tutan təkliflərdən ibarət olmaqla, müasir dövrdə də aktuallığını qorumaqda və hazırkı milli iqtisadi inkişaf üçün mütərəqqi baza olmaqdadır. Eyni zamanda, bu, iqtisadi şaxələndirmənin, müqavimətliliyin və uzunmüddətli iqtisadi prioritetlərin çox mütərəqqi mexanizmlərinin ifadəsidir. Müstəqil iqtisadiyyata malik olmanın üstünlüklərinin bütün sahələr üzrə gətirmiş olduğu etibarlılıq məhz bu amillərdən ibarət olmaqda idi.
Göstərilən dövrdə islahatların keçirilməsi özünü həm də gerçək fəaliyyətin bir parçasına çevirdi. Bu, muxtar respublikanın müasir iqtisadi şəraitdə ümumilikdə, Azərbaycan Respublikası miqyasındakı çevik tədbirlər həyata keçirə bilmə sahəsindəki uğuru idi. Böyük Heydər Əliyev həm iqtisadi, həm də hüquqi tənzimləmələrlə uzaq gələcək üçün iqtisadi şəraitin əsaslarını müəyyən etmiş oldu. Həyata keçirilən tədbirlərin təkanverici qüvvəsi olaraq, 1992-ci ildə ulu öndərin Ali Məclisin Sədri kimi təşəbbüsü ilə Culfa rayonunun “Azərbaycan” adına sovxozunda heyvandarlıq sahəsində həyata keçirilmiş və ölkəmiz üzrə ilk olan təcrübənin çox yüksək əhəmiyyəti oldu. Muxtar respublika əhalisinin 70 faizdən artığının kənd yerlərində yaşamasını nəzərə almaqla, həyata keçirilən tədbirlərin mühüm əhəmiyyətini qeyd etmək lazımdır.
Böyük Heydər Əliyev 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməklə, ictimai sabitliyinvə rifahın, sosial ədalətin, humanizm dəyərlərinin bərqərər olmasını təmin etdi. Həyata keçirilən tədbirlər, özünün yüksək hərəkətverici təsirinə görə seçilməklə, bütövlükdə, regional, milli və qlobal mahiyyət kəsb etməkdə idi. Naxçıvan Muxtar Respublikasından başlanan müdrik ideyalar bütövlükdə, dünya miqyaslı birliyin də qürurverici ifadəsini təşkil etdi. Belə ki, 1991-ci il dekabrın 16-da muxtar respublika Ali Məclisi tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olundu ki, bununla da, milli maraqların və mənafinin üstünlüyü təmin edilmiş oldu.
3 sentyabr Azərbaycan dövlətinin xilaskarlıq tarixidir. Yuxarıda bəhs olunan mərhələdə, eyni zamanda, paralel olaraq, 1988-ci ildən başlanan erməni təcavüzünə son qoyulması sahəsində qətiyyətli addımlar da atılmaqda idi. Bu dövrdə, xalqımızın səsinə səs verməklə, erməni işğalının dayandırılması sahəsində olduqca zəruri tədbirlər həyata keçirilməkdə idi. Məhz 1992-ci il 21noyabr tarixində Naxçıvan şəhərində üzvü olmağımızla fəxr etdiyimiz Yeni Azərbaycan Partiyasının ilk təsis konfransı keçirildi. Partiyamızın Proqram və Nizamnaməsi qəbul olundu.Proqram və Nizamnaməsində müəyyən olunan qaydalar, istiqamətlər, vəzifələr və prinsiplər bu gün də hər bir vətəndaşın işıqlı sabahına xidmət etməkdədir. Orada yer alan əsas prinsiplər kimi:
- Müstəqil dövlətçilik;
- Qanunçuluq;
- Azərbaycançılıq, vətənçilik;
- Varislik, yaradıcı təkamül;
- Konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi;
- Sosial ədalət prinsiplərini qeyd edə bilərik.
Buradan da görünür ki, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin yüksək təcrübəyə söykənən rəhbərliyi ilə milli vətənpərvərlik ruhunu aşılamaqla, hüquq və azadlıqların, vətənpərvərlik ruhunun, daimi inkişafın, müasirliyin, sülhün, əmin-amanlığın, sadiqliyin, firavanlığın tərəfdarı, təbliğatçısı və bəyanedicisi kimi üzərinə çox böyük tarixi missiya götürmüş oldu. Dahi rəhbərin milli dövlətçilik üçün müəyyən etdiyi siyasi xətt partiyanın həm də sosial-iqtisadi proseslərin tənzimlənməsindəki fəal roluna işıq salırdı.
Bu gün dünyanın terrora məruz qalan ərazilərini gördükcə, yeni müharibə ocaqlarının alovlandığına şahid olduqca, tənəzzülə uğrayan iqtisadiyyatları müşahidə etdikcə, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə bağlı olan qürurverici tarixlərin dəyərini daha yaxşı dərk edirik. 3 sentyabr 1991, 9 iyun 1993, 15 iyun 1993, 3 oktyabr 1993, 12 may 1994, 20 sentyabr 1994-cü il və digər iftixardolu tarixlərimiz xalqmız, millətimiz və dövlətmizlə, onun inkişafı, tərəqqisi və möhkəmlənməsi ilə bağlı olmaqdadır. Orada tarixi Qayıdış, bəşəri xilaskarlıq, milli qurtuluş, davamlı inkişaf və ərazi bütövlüyümüz var olmaqdadır.
Ulu öndərimizin qədirbilən xalqımızla qırılmaz birliyindən yaşadığımızbu tarixlər inkişafın hazırkı mərhələsində qüdrətli Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunmasına zəmin yaratmışdır. Artıq həmin uğurlar bizi tarixi Qarabağımıza apardı. Bu gün Şuşanın, Kəlbəcərin, Laçının, Zəngilanın, Qubadlının, Füzulinin, Cəbrayılın üzü gülür. Həmin ərazilərimizdə yeni həyat, yeni nəfəs, yeni yaşantı vardır.
Beləliklə, 3 sentyabr tarixi hər birimizin qürurumuzdur. Milli iqtisadiyyatın inkişafında, sosial dayanıqlılığın güclənməsində, ictimai sabitliyin möhkəmlənməsində, siyasi üstünlüklərin əldə olunmasında bu tarixin önəmi olduqca böyükdür. Qarşıdakı dövrlərdə daha böyük uğurlar qazanılacaq və hər birimiz daha böyük qürur duyacağıq.
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Baxış sayı: 514
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.