Bütün xəbərlər
Türkiyə dördtərəfli danışıqlarla bağlı hələ qərarın olmadığını bildirib
Tarix: 15-05-2025 23:36 | Bölmə: Siyasət

İstanbulda Türkiyə, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında dördtərəfli təmasların keçirilməsi ilə bağlı qərarlar hələ qəbul edilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Kecəli məlumat verib.
Bu gün Türkiyə mətbuatı dörd nümayəndə heyətinin görüşünün cümə günü baş tutacağını yazsa da, indi məlumat dəyişib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə deyib ki, “dördtərəfli danışıqlarla bağlı hələ ki, qərar yoxdur”.
Hazırda Türkiyə XİN rəhbəri ilə Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti arasında görüş başlayıb. Rusiya ilə Ukrayna arasında cümə axşamına planlaşdırılan danışıqlar isə mayın 16-da, cümə günü baş tutacaq.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər