Bütün xəbərlər
Orban: "Macarıstan üçün ən böyük təhlükə Ukraynanın Aİ-yə daxil olmasıdır"
Tarix: 18-05-2025 22:56 | Bölmə: Dünya

Ukraynanın Avropa Birliyinə daxil olması müharibə və cinayət gətirəcək, buna yol vermək olmaz.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban hakim partiyanın iclasında çıxışı zamanı deyib.
Budapeştdə "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının liderləri və fəallarının iştirakı ilə "Döyüş klubu" forumu keçirilib. Baş nazir tədbirdə çıxış edərək Ukraynanın Aİ-yə daxil olması ilə bağlı mövqeyini açıqlayıb.
"Bu gün ən böyük təhlükə Ukraynanın Aİ-yə üzvlüyüdür.Onlar öz ayaqları üzərində dayana bilmirlər, onlara pul lazımdır, başqalarının puluna ehtiyacları var. Bu səbəbdən onlar nəyin bahasına olursa-olsun və dərhal Avropa İttifaqına daxil olmaq istəyirlər", - Viktor Orban izah edib.
Baş nazir proqnozlaşdırıb ki, Kiyev Aİ-yə daxil olarsa, macar fermerləri məhv olacaq. Ölkəyə Ukrayna mafiyasının da axını gözlənilir. Viktor Orban hesab edir ki, Brüssel öz ölkəsini müstəmləkəyə çevirmək istəyir. Onun fikrincə, Aİ rəhbərliyi növbəti seçkilərdə kiyevyönlü loyal administrasiyanı hakimiyyətə gətirməyə çalışacaq.
"Xeyr, yox və yenə də yox"-Orban forumda deyib.
Hökumət başçısı onu da vurğulayıb ki, onun administrasiyası Macarıstandan Brüssel vasitəsilə Kiyev rejiminə pul köçürülməsinə qarşı çıxacaq.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər