Bütün xəbərlər
Xinşteyn: "Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində yeni məktəbə hücum edib, bina yanıb"
Tarix: 18-05-2025 21:37 | Bölmə: Karusel

Hadisə mayın 18-də Bolşesoldatski rayonunun Samoyardovo kəndində baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn Telegram kanalında bir neçə saat əvvəl Ukraynaya məxsus PUA-sı yarımçıq məktəbin binasına hücum edib.
“Hələ tikintisi başa çatmayan yeni məktəbin dam örtüyü yanıb.
Yanğın 400 kvadratmetr ərazini əhatə edib.Xoşbəxtlikdən xəsarət alan olmayıb və yanğın tez bir zamanda söndürülüb.
Qubernator Xinşteyn artıq bildirib ki, məktəb mütləq tamamlanacaq.





Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər