Bütün xəbərlər
Fiko Aİ-nin enerji resurslarından məhrum edilməsini intiharla müqayisə edir
Tarix: 07-05-2025 13:21 | Bölmə: Siyasət

Slovakiyanın baş naziri Robert Fiko Avropa İttifaqının Rusiyadan enerji resurslarının idxalını tamamilə dayandırmaq planlarını kəskin tənqid edərək, bu cür planları iqtisadi intihar adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Slovakiya hökuməti başçısının sözlərinə görə, Brüsselin enerji siyasəti “son dərəcə təhlükəli oyundur”.
“Qərb dünyası və ola bilsin, Rusiya və digər ölkələr arasında yeni dəmir pərdə çəkildiyi üçün qazın, neftin, nüvə yanacağının, heç bir şeyin (Rusiyadan) olmadığı nöqtəyə gəlmək iqtisadi intihardır”, - Fiko mətbuat konfransında deyib.
O, Slovakiyanın Avropa Komissiyasında bu kursa yenidən baxılmasına çalışacağını vəd edib. Onun fikrincə, Rusiyanın enerji resurslarının tədarükünün süni şəkildə məhdudlaşdırılması yalnız Avropada qazın qiymətinin daha da artmasına səbəb olacaq.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijjarto da qeyd edib ki, onun ölkəsi Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiya qazının idxalını dayandırmaq planını rədd edir, çünki bu, Aİ ölkələrinin suverenliyini pozur.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər