Bütün xəbərlər
Deputat Gigin: "ABŞ Demokratik Partiyası Avropada Açıq Siyasi Mübarizə aparır"
Tarix: 18-05-2025 22:44 | Bölmə: Siyasət

Amerika Demokratik Partiyasının vəzifəsi Avropada Trampyönlü siyasətçilərin hakimiyyətə gəlməsinin qarşısını almaqdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu fikirləri Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının üzvü Vadim Qiqin “Rossiya” telekanalında “Vladimir Solovyovla bazar günü axşamı” verilişinin efirində deyib.
Deputatın sözləri ABŞ-ın keçmiş prezidenti, demokrat Barak Obamanın Polşaya səfəri ilə bağlıdır. O, Poznanda keçirilən beynəlxalq Impact konfransında çıxış edib və burada Avropa üçün aktual maraq kəsb edən məsələlər müzakirə olunub.
"Demokratik partiya Avropa qitəsində siyasi mübarizəyə açıq şəkildə daxil olub. Onların vəzifəsi Trampyönlü siyasətçilərin hakimiyyətə gəlməsinin qarşısını almaqdır", - Gigin hesab edir.
Mayın 18-də Polşada prezident seçkilərində səs vermək üçün seçki məntəqələri açılıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər