Bütün xəbərlər
Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu
Tarix: 30-04-2025 21:40 | Bölmə: Siyasət

               milli-meclise-kamran-eliyevle-bagli-teqdimat-daxil-oldu



Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə yeni - “Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında” məsələ daxil edilib.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.
Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.



Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər