Bütün xəbərlər
KTMT baş katibi: "Rusiya-ABŞ dialoqu ehtiyatlı nikbinliyə səbəb olub"
Tarix: 19-05-2025 12:19 | Bölmə: Siyasət

Rusiya və ABŞ arasında siyasi və diplomatik dialoq ehtiyatlı nikbinliyə əsas verir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bişkekdə keçirilən KTMT Parlament Assambleyası Şurasının iclasında onun əlavə etdiyinə görə, Moskva və Vaşinqton arasında dialoq Avrasiya regionunda, o cümlədən KTMT-nin məsuliyyət zonasına daxil olan sahələrdə gərginliyi azaldacaq.
"Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında siyasi və diplomatik dialoq mövcuddur və bu, ehtiyatlı nikbinliyə əsas verir", - Tasmaqambetov deyib.
Mayın 19-da iki ölkənin liderləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutacaq. Moskva vaxtı ilə saat 17:00-a planlaşdırılıb. Tərəflərin Ukrayna münaqişəsi və ticarət əlaqələrini müzakirə edəcəyi gözlənilir.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər