Bütün xəbərlər
Merkuris: "İstanbulda keçirilən son danışıqlarda Rusiya qalib gəldi"
Tarix: 18-05-2025 15:38 | Bölmə: Manşet

Britaniyalı analitik Aleksandr Merkuris İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında Moskvanı qalib adlandırıb və onu “diplomatik atışma” kimi qiymətləndirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, fikirlərini YouTube kanalında paylaşıb.
"Son həftənin hadisələrini dəyərləndirsək də, bu mürəkkəb, çaşqın diplomatik poker oyununda kimin qalib gəldiyi şübhəsizdir. Qalib Vladimir Putin və Rusiya olub", - Merkuris deyib.
Onun sözlərinə görə, Rusiya danışıqlardan əvvəl atəşkəs ideyasını yaxşı hesab etmir, çünki bu halda Ukrayna və Böyük Britaniya bu sazişdən öz məqsədləri üçün istifadə edəcəklər.
Bundan əvvəl senator Qriqori Karasin danışıqları Ukrayna münaqişəsinin həllində mühüm mərhələ adlandırıb. Parlamentari Rusiya nümayəndə heyətinin dialoqu sakit və inamla apardığını, “1000-ə 1000” düsturuna əsasən əsirlərin mübadiləsinə dair razılaşmanın görüşün mühüm nəticəsi olduğunu vurğulayıb.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər