Bütün xəbərlər
Şüşə plyonka anbarı yanıb
Tarix: 18-05-2025 15:34 | Bölmə: Karusel

Nijni Novqorod vilayətində Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri ön şüşə plyonka anbarında baş vermiş yanğını söndürürlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi fövqəladə vəziyyət barədə öz Telegram kanalında məlumat verib. Qeyd olunur ki, idarəetmə pultuna Jeleznodorojnı kəndindəki sənaye binasında yerləşən ön şüşələr üçün plyonkalı anbarda yanğın baş verməsi barədə xəbər daxil olub. İlkin məlumatlara görə, yanğın 270 kvadratmetr ərazini əhatə edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının söndürülməsinə 18 canlı qüvvə və altı ədəd xüsusi texnika cəlb olunub.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər