Bütün xəbərlər
Zelenski Trampa müdafiə sənayesində əməkdaşlıqla bağlı yeni təkliflər göndərib
Tarix: 18-05-2025 21:29 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa ölkələr arasında ticarət və hərbi-sənaye kompleksi sahələrində əməkdaşlıq üçün yeni təkliflərdən ibarət məktub göndərib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Zelenskinin mətbuat xidməti ABŞ-ın vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio ilə görüşündən sonra məlumat verib.
Bundan əlavə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki vəziyyətindən danışıb və Rusiya nümayəndə heyətinin İstanbul görüşündə səsləndirdiyi tələbləri “real olmayan” adlandırıb.
“Dövlət başçısı qeyd edib ki, o, prezident Trampa müdafiə-sənaye və ticarət sahələrində əməkdaşlıq üçün yeni təkliflər olan məktub göndərib”, – Zelenskinin ofisinin mətbuat xidmətinin bəyanatında deyilir.
Məktubun məzmunu ilə bağlı ətraflı məlumat verilməyib.
Bundan əvvəl Vens və Zelenski Ağ Evdəki davadan sonra ilk dəfə görüşdülər; görüş Vatikanda baş tutub. RTE və AFP-nin məlumatına görə, müzakirə mövzularından biri Trampın Rusiya prezidenti Vladimir Putinə gözlənilən zəngi olub.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər