Bütün xəbərlər
2009-cu ildə itkin düşən ukraynalı alimin qalıqları Buryatiyada tapılıb
Tarix: 19-05-2025 12:00 | Bölmə: Karusel

Buryatiyada yerli sakinlər 16 il əvvəl yoxa çıxan ukraynalı alimə aid ola biləcək qalıqlar aşkar ediblər; Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsindən bildirilib ki, faktla bağlı ilkin araşdırma aparılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, idarənin məlumatına görə, mayın 14-də Novıy Enxaluk kəndi yaxınlığındakı meşədə insan qalıqları aşkar edilib. İlkin ehtimala görə, onlar 2009-cu ilin iyulunda Ulan-Udedə nümayəndə heyətinin tərkibində elmi konfransda iştirak etmiş ukraynalı alimə aid ola bilər. Baykal gölünə məzuniyyət səfəri zamanı o vaxt 72 yaşı olan kişi düşərgəni tərk edərək meşəyə girib və iz qoymadan yoxa çıxıb.
Qalıqların yanında alimin geyindiyi paltarın təsvirinə bənzər pencək, eləcə də itkin düşən şəxsin telefonunun texniki parametrlərinə uyğun gələn mobil telefon olub.
Hazırda qalıqların müəyyən edilməsi üçün molekulyar genetik tədqiqatın aparılması məsələsi həll edilir. İstintaq Komitəsi əlavə edib ki, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər