Bütün xəbərlər
Tramp: "Putinlə söhbət çox yaxşı keçdi"
Tarix: 19-05-2025 22:36 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə son telefon danışığını “çox yaxşı” adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Truth Social” sosial şəbəkəsində dərc olunan mesajda Amerika lideri Putinlə iki saatlıq söhbətin bitməsindən danışıb.
"Düşünürəm ki, (telefon danışığı) çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin dayandırılması üçün danışıqlara başlayacaqlar", - Tramp yazıb.
Daha əvvəl Putin söhbəti yüksək qiymətləndirib və Trampa Ukrayna tərəfi ilə birbaşa danışıqları bərpa etdiyinə görə təşəkkür edib. Rusiya prezidenti Moskvanın gələcəkdə mümkün sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazır olduğunu da qeyd edib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər