Çərşənbə axşamı, 10 iyun 2025, 05:48:24  
Son xəbərlər:
Bütün xəbərlər
Trampın xüsusi nümayəndəsi Qrenell Durovun Rumıniya seçkiləri ilə bağlı mövqeyini dəstəkləyir
Tarix: 19-05-2025 16:36 | Bölmə: Dünya

ABŞ-ın Təhlükəsizlik Şurası üzrə xüsusi nümayəndəsi Riçard Qrenell Telegram-ın yaradıcısı Pavel Durova Rumıniyada seçki prosesinə mümkün müdaxilədə iştirakdan imtina etdiyinə görə minnətdarlığını bildirib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qrenell X sosial şəbəkəsindəki hesabında yazıb.
Bundan əvvəl messencerin təsisçisi məlumat vermişdi ki, o, Qərbi Avropa hökumətlərinin nümayəndələrindən prezident seçkiləri öncəsi Rumıniyada mühafizəkar qüvvələrin fəaliyyətini məhdudlaşdırmağı xahiş edən müraciət alıb. Daha sonra Durov aydınlaşdırıb ki, sorğu Fransa kəşfiyyat xidmətinin rəhbəri Nikolas Lerner tərəfindən irəli sürülüb, lakin bu cür təklifləri qəti şəkildə rədd edib.
"Təşəkkür edirəm, Pavel. Cəsarətiniz ruhlandırıcıdır", - amerikalı diplomat Durovun bəyanatını şərh edərkən qeyd edib.
Bu fonda AUR millətçi partiyasından Rumıniya prezidentliyinə namizəd Corc Simion Fransa lideri Emmanuel Makronu səsvermənin nəticələrinə təsir etmək cəhdində ittiham edib. Siyasətçinin sözlərinə görə, Fransa səfiri ölkənin regionlarında fəal işləyib, yerli liderləri və sahibkarları rəqibini dəstəkləməyə inandırıb.
Rəsmi Paris Fransa tərəfinə qarşı bütün ittihamları rədd edib. Fransa Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda ölkənin Rumıniyada demokratik proseslərə qarışmadığını və müdaxilə etmək niyyətində olmadığını vurğulayıb.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər