Bütün xəbərlər
Uşakov: "Tramp Putinə deyib ki, ona istənilən vaxt zəng edə bilər"
Tarix: 19-05-2025 22:47 | Bölmə: Karusel

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp lazım gəldikdə bir-birlərinə zəng etmək barədə razılığa gəliblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
Mayın 19-da axşam Rusiya Federasiyası və ABŞ liderləri arasında iki saatdan çox davam edən telefon danışığı olub. Putin bunu çox informativ və faydalı adlandırıb.
“Tramp dedi: “Vladimir, sən istənilən vaxt telefonu götürə bilərsən, mən də məmnuniyyətlə cavab verəcəm, səninlə danışmağa şad olaram”, - Uşakov bildirib.
Onun sözlərinə görə, belə sonluq prezidentlər arasında baş tutan danışıqların mahiyyətini nümayiş etdirir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər