Bütün xəbərlər
Uşakov: "Putin Trampla söhbətə onu 11-ci nəvəsinin doğulması münasibətilə təbrik etməklə başladı"
Tarix: 19-05-2025 22:40 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla telefon danışığına onu 11-ci nəvəsinin dünyaya gəlməsi münasibətilə təbrik edərək başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
Mayın 15-də Tiffani Trampın kiçik qızı oğlan uşağı dünyaya gətirib. Körpəyə Alexander Trump Boulos adı verilib.
“Maraqlıdır ki, (söhbət) prezidentimizin Donald Trampı 11-ci nəvəsinin doğulması münasibətilə təbrik etməsi ilə başladı”, - Uşakov jurnalistlərlə söhbətində deyib.
Prezidentin köməkçisinin qeyd etdiyi kimi, Putin yeni doğulan körpəyə və Amerika liderinin qızına sağlamlıq arzulayıb.
Bundan əvvəl Putin iki saatlıq söhbəti yüksək qiymətləndirərək onu konstruktiv, faydalı və çox səmimi adlandırıb.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər