Bütün xəbərlər
Karateçilərimiz dünya çempionatında 5 qızıl medal qazandı
Tarix: 12-05-2025 12:34 | Bölmə: Karusel

                 karatecilerimiz-dunya-cempionatinda-5-qizil-medal-qazandi



Polşanın Pulavı şəhərində keçirilən Fudokan Karate üzrə 10-cu dünya çempionatı baş çatıb.
Sabaha-inamla.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarışda komandamız 5 qızıl, 3 bürünc, 1 gümüş medal əldə edib: 
Vəlizadə Hacıəli – böyüklər arasında +80 kq çəki dərəcəsində qızıl medal;
Seyidov Vüsal – U21 (18–20 yaş) kateqoriyasında 60 kq çəki dərəcəsində qızıl medal
Ələkbərov Tahir – gənc oğlanlar arasında (16–17 yaş, -75 kq) qızıl medal;
Zeynallı Şəfaqət – gənc qızlar arasında (16–17 yaş, -60 kq) qızıl medal;
Səfərli Qorxmaz – yeniyetmələr arasında (14–15 yaş, -60 kq) qızıl medal;
Bayramov Siyavuş – veteranlar arasında +75 kq çəki dərəcəsində bürünc medal;
Heydərzadə Kamran – böyüklər arasında (-80 kq) bürünc medal;
Bağırov Məhəmməd – gənclər arasında +65 kq gümüş medal;
Mustafazadə Yusif – uşaqlar arasında dünya kubokunda (10–11 yaş, -35 kq) bürünc medal.
 



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər