Bütün xəbərlər
"Rusiya 1": Türkiyə tərəfi danışıqlar zamanı özünü incə və qonaqpərvər apardı
Tarix: 16-05-2025 19:48 | Bölmə: Siyasət

İstanbulda Rusiya-Ukrayna danışıqlarında iştirak edən Türkiyə tərəfi özünü zərif və qonaqpərvər apardı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalının "60 dəqiqə" verilişinin aparıcısı Yevgeni Popov efirdə bildirib.
Jurnalistin qeyd etdiyi kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidanın salamlama nitqindən sonra Rusiya və Ukrayna nümayəndələrinin dialoqu zamanı Türkiyə tərəfi “bir kəlmə də danışmadı”.
"Türkiyə tərəfi iki saata yaxın danışıqlarda iştirak edib, mənbələrimiz iddia edir ki, Türkiyə tərəfi özünü son dərəcə incə və qonaqpərvər aparıb və Rusiya ilə Ukrayna arasında bütün söhbət boyu sözün əsl mənasında bir söz deməyib. Yəni, vasitəçi kimi çıxış edib", - Popov bildirib.
Rusiya və Ukrayna arasında sülh yolu ilə nizamlanma üzrə birbaşa danışıqların birinci raundu mayın 16-da İstanbulda iki saatdan az davam edib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər